Xəzər Xəbər

Qismət, yoxsa məsuliyyətsizlik? VİDEO

Veb TV | 21:30 • 29 Oktyabr 2023
Qismət, yoxsa məsuliyyətsizlik?

Ağstafada 23 yaşlı gənc oğlan bədbəxt hadisə nəticəsində ölüb.

Xezerxeber.az xəbər verir ki, hadisə rayonun Səməd Vurğun parkında qeydə alınıb.

Şəhər sakini Seymur Məmmədov yoldaşları ilə çay içən zaman anidən yaxınlıqdakı ağaclardan birinin qurumuş budağı gəncin üzərinə düşüb.

Hadisə zamanı baş nahiyəsindən ağır xəsarətlər alan Seymur  Məmmədov Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müayinə zamanı bəlli olub ki, o aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişibmiş.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti