Xəzər Xəbər

Azərbaycanda tanınmışların adından yeni DƏLƏDUZLAR ŞƏBƏKƏSİ VİDEO

Veb TV | 21:25 • 28 Oktyabr 2023
Azərbaycanda tanınmışların adından yeni DƏLƏDUZLAR ŞƏBƏKƏSİ

Əvvəlcə sosial şəbəkə istifadəçilərinə minimum risklə yüksək gəlir vəd edilir. Sonra isə qarşı tərəfin inamını qazanmaq üçün başqa insanların şəxsiyyət vəsiqəsini özününkü kimi ona göndərirlər. Müraciətçinin etibarını qazanıb pulunu aldıqdan sonra da onu "qara siyahı"ya atırlar. Beləcə hər gün xeyli insanı fərqli ad, fərqli  təkliflə aldadırlar.

Hətta dələduzluq səviyyəsi o həddə çatıb ki, bəzən məşhur şəxslərin məlumatlarından da istifadə edirlər.

Sosial şəbəkələrdəki bu cür dələduzluqla üzləşdiyini  iddia  edənlərdən biri də "Xəzər Xəbər"ə müraciət edən Səidə Hacıyevadır.

O aldadıldıqdan sonra oxşar əməli həyata keçirən başqa bir səhifəyə yazıb və bu dəfə ona tanınmış bir şəxsin şəxsiyyət vəsiqəsini göndəriblər. Səidə Hacıyəva onu tanıdğını bildirdikdə isə "qara siyahı"ya atılıb.

Hüquqşünas Şamil Paşayev bildirir ki, vətəndaşlar bu kimi onlayn işlərdən, gəlir vəd edən insanlardan və səhifələrdən birmanalı şəkildə uzaq durmalıdırlar. Qarşı tərəfin şəxsiyyət vəsiqəsi və ya hər hansı bir məlumat təqdim etməsi onları fırıldaqçılıqdan sığortalamır.

Hüquqşünas bildirib ki, cinayət məcəlləsinə əsasən 500 manatdan artıq məbləğin mənimsənilməsi dələduzluq hesab olunur. Aldadılan şəxslərın sayının çoxluğu məbləğin az olması halında da  dələduzluq cinayətidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti