Xəzər Xəbər

Çörəyin ucuzlaşması daha çox bu satış nöqtələrindədir VİDEO

Veb TV | 21:10 • 28 Oktyabr 2023
Çörəyin ucuzlaşması daha çox bu satış nöqtələrindədir

70 qəpiyə olan zavod  çörəyinin qiyməti əvvəlcə 65, sonra 60 indi isə 55 qəpiyə enib

Xezerxeber.az xəbər verir ki, pərakəndə ticarət şəbəkələrində çörəyin qiymətində enmə müşahidə edilir. Bu,1 il ərzində çörəyin qiymətində artıq üçüncü enmədir.

Artıq bir neçə gündür ki, 650 qramlıq dairəvi zavod çörəyinin qiyməti 60 yox, 55 qəpiyə təklif edilir.

Bəzi sakinlər isə, çörəyi elə əvvəlki qiymətinə aldıqlarını bildirdilər.

Satıcılar bildirdilər ki, qiymət ucuzlaşması daha çox iri mağazalar şəbəkələrində müşahidə olunur.

İqtisadçı Xalid Kərimli isə bildirdi ki, dünya bazarında taxılın ucuzlaşması  daxili bazara da  birbaşa təsir edir.

Qeyd edək ki, keçən il, 1 kisəsi 40 manata satılan unun, bu il topdansatış qiyməti  26.40 manat - 28.50 manat aralığındadır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti