Xəzər Xəbər

Gözəllik salonunda işləyən həyat yoldaşını qısqanaraq ÖLDÜRDÜ VİDEO

Veb TV | 20:30 • 27 Oktyabr 2023
Gözəllik salonunda işləyən həyat yoldaşını qısqanaraq ÖLDÜRDÜ

Bakıda 36 yaşlı qadın qətlə yetirilib.

Xezerxeber.az xəbər verir ki, ağır cinayət paytaxtın Xətai rayonu İnqilab İsmayılov küçəsində gözəllik salonlarından birində baş verib.

Xətai rayon Prokurorluğundan verilən məlumata görə, 36 yaşlı qadının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.

Cinayəti törətməkdə şübhəli bilinən qadının keçmiş həyat yoldaşı 41 yaşlı Zamin Tanrıverdiyev hadisədən sonra qonşusu ilə rastlaşıb və bu barədə ilk məlumatı ona verib.

Qonşuların sözlərinə görə, cütlük 3 il əvvəl rəsmi olaraq ayrılıb. Pərvanə Məhərrəmova 2 qızı ilə atasının evində yaşayırmış. Qadın salonda dırnaq ustası imiş.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Zamin Tanrıverdiyev barəsində ''qəsdən adam öldürmə'' maddəsilə cinayət işi başlanıb, ibtidai istintaq davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rubrikanın digər xəbərləri

Xəbər lenti