Xəzər Xəbər

Milli Məclisdə qadın və uşaq hüquqları ilə bağlı MÜZAKİRƏLƏR VİDEO

Veb TV | 20:50 • 27 Oktyabr 2023
Milli Məclisdə qadın və uşaq hüquqları ilə bağlı MÜZAKİRƏLƏR

"Böyük Qayıdış" strategiyası üzrə qadın və uşaqlarla bağlı ayrıca dövlət proqramının qəbulu təklif olunur.

Xezerxeber.az xəbər verir ki, bunu millət vəkili Zahid Oruc parlamentdə "Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar" mövzusunda keçirilən ictimai dinləmədə deyib. O, proqram layihəsinin detallarından danışıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qadınların bəzi sahələrdə işləməsinə qadağa qoyulmasından danışıb. Bildirib ki, müəyyən sahələrdə qadınların işləməsi üçün uyğun şərait yaradılmalıdır.

Milli Məclisin komitə sədri Hicra Hüseynova qadın və uşaq hüquqları ilə bağlı aidiyyəti üzrə təqdim edilən təkliflərə diqqət çəkib.

O da bildirilib ki, 2021-ci ildə internat tipli ümumtəhsil məktəblərində təsil alan uşaqların sayı 9960 nəfər, 2022-ci ildə isə 10 min 62 nəfər olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rubrikanın digər xəbərləri

Xəbər lenti