Xəzər Xəbər

İsrail HƏMAS komandirlərini bir-bir SIRADAN ÇIXARIR VİDEO

Veb TV | 22:00 • 27 Oktyabr 2023
İsrail HƏMAS komandirlərini bir-bir SIRADAN ÇIXARIR

İsrail hərbçiləri Qəzza zolağına hava zərbəsi endirib, HƏMAS təşkilatının üç komandirini zərərsizləşdirib. Ordudan bildirilb ki, bu komandirlər Qəzzada HƏMAS briqadasının tərkibində olan Daraj Tuffa batalyonunda fəaliyyət göstəriblər. İsrail hərbçilərinin fikrincə, bu batalyon HƏMAS-ın strukturunda ən mühüm briqada hesab olunur.

Xezerxeber.az xəbər verir ki, İsrailin Təl-Əviv şəhəri isə gecə saatlarında intensiv raket atəşinə tutulub. Raketlərin əksəriyyəti hava hücumundan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirilib. Lakin onlardan bəziləri yerə düşərək yanğına və dağıntılara səbəb olub. HƏMAS-ın atdığı raketlərdən birinin İsrail Müdafiə Nazirliyinin yerləşdiyi kompleksin yaxınlığına düşdüyü iddia edilir.

Müdafiə Qüvvələri də daxil olmaqla 900 əsgərini Yaxın Şərqə köçürür. Bu barədə Pentaqon məlumat yayıb. Pentaqon həmçinin iki "Dəmir Qübbə" raketdən müdafiə sistemini İsrailə vermək planlarını təsdiqləyib.

Ərəb ölkələri üzrə ekspert Lalə Xəlilzadə bildirib ki, ABŞ-nin İsrailyönümlü mövqeyi regionun digər aktorlarını da bu ölkəyə qarşı müharibə riskinə gətirib çıxara bilər. Buna misal olaraq da İrnanın bəyanatını göstərmək olar. Bəyanatda bildirilmişdi ki, İran ərazisinə müdaxilə olunmadığı təqdirdə bu müharibəyə qoşulmayacaq.

Lalə Xəlilzadə onu da qeyd edib ki, yaranmış vəziyyəti daha da gərginləşdirməyə çalışan dövlətlərdən biri də Fransadır. Bu səbəbdən də Klassik səlibçi konsepsiyasından çıxış edən, problemlərə səlibçi təfəkkürü ilə yanaşan Emmanuel Makronun Fələstinə səfəri də, fələstinlilər tərəfindən xoş qarşılanmamışdı.

Ekspert əlavə edib ki, öz maraqları naminə ikiüzlü siyasət aparan Qərbin bu münaqişəni qızışdırması, 3-cü dünya müharibəsi təhlükəsini də günü-gündən aktuallaşdırır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rubrikanın digər xəbərləri

Xəbər lenti