Xəzər Xəbər

Ekspertdən XƏBƏRDARLIQ... Avtobus sürücüləri Avropaya AXIN EDİR VİDEO

Veb TV | 21:05 • 27 Oktyabr 2023
Ekspertdən XƏBƏRDARLIQ... Avtobus sürücüləri Avropaya AXIN EDİR

"Ölkədəki avtobus sürücülərinin xeyli hissəsi iş üçün Polşaya üz tutur. Bu proses 3 ildir davam edir".

Xezerxeber.az xəbər verir ki, bu iddia ilə nəqliyyat eksperti Elməddin Muradlı çıxış edib. Ekspert bildirib ki, ölkədən gedən sürücülərin sayı yüzlərlədir.

Elməddin Muradlı sürücülərin Polşaya getməsinin səbəblərini "Xəzər Xəbər"ə açıqlayıb.

O iddia edir ki, həmin ölkədə təklif edilən yüksək maaş sürücülər üçün daha cəlbedicidir. Çünki, Azərbaycanda avtobuslar kart sisteminə keçdikdən sonra sürücülər əvvəlki gəlirlərindən daha az maaşla işləmək məcburiyyətində qalıblar.

Ekspert deyir ki, hazırda ölkədə peşəkar avtobus sürücülərinin azalması xoşagəlməz hadisələrin artmasına yol açır. Onun sözlərinə görə, daşıyıcı şirkətlərə subsidiya ayrımaqla maaşı artırmaq, nəticədə də bu sahədə irəliləyişə nail olmaq mümkündür.

Daşıyıcı şirkətklər də son vaxtlarda peşəkar sürücü tapmaqda çətinliklə üzləşdiklərini təsdiqlədilər.

Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbərə bildirilidi ki, koronavirus pandemiyasından sonra ictimai nəqliyyatın iş ahəngi pozulub. Pandemiyanın yaratdığı mənfi amillər bu sahədə kadr potensialına da təsirsiz ötüşməyib. Avtobusların nizamlı fəaliyyəti dayanıb. Həmin avtobusları istifadəyə qaytarmaq, sürücülərin bacarıqlarını artırmaq və təhlükəsizliyi təmin etmək məqsədilə Agentlik "1000 yeni avtobus sürücüsü" layihəsinə başlayıb.

Dövlət Məşğulluq Agentliyi və işəgötürənlərlə görüş keçirilib, mövcud vəziyyət təhlil edilib. Layihə çərçivəsində ictimai nəqliyyat sektoru üçün 1000 sürücü ilə təlimin təşkili nəzərdə tutulub. Daşıyıcı şirkətlərlə danışıqlar aparılıb və təlimləri uğurla başa vuracaq sürücülər üçün 700 iş yeri barədə razılıq əldə edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar