Xəzər Xəbər

FHN bu rayonlarda qanunsuz tikililəri SÖKDÜ VİDEO

Veb TV | 11:39 • 27 Oktyabr 2023
FHN bu rayonlarda qanunsuz tikililəri SÖKDÜ

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikililər sökülüb.

Xezerxeber.az Nazirliyə istinadən məlumat verir ki, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Belə ki, Kürdəmir rayonunun Ucarlı kəndi və Neftçala şəhəri ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.

Xəbər lenti