Xəzər Xəbər

Bakıda açılacaq YENİ YOLUN üstünlükləri VİDEO

Veb TV | 21:30 • 26 Oktyabr 2023
Bakıda açılacaq YENİ YOLUN üstünlükləri

Bakıda salınacaq bu yol sıxlığı xeyli azaldacaq. Söhbət Böyükşor-Pirşağı avtomobil yolundan gedir.

Xezerxeber.az xəbər verir ki, bu yolun çəkilməsi Sabunçu dairəsindən Zabrat-Kürdəxanı-Pirşağı, eləcə də Maştağa-Buzovna-Bilgəh istiqamətinə avtomobillərin daha rahat və sürətli hərəkətinə imkan yaradacaq.

Nəqliyyat Eksperti Ərşad Hüseynov deyir ki, yeni yol istifadəyə veriləndən sonra paytaxtdakı əsas yollardan bəzilərinin yükü azalacaq.

Ekspertin sözlərinə görə, yeni salınacaq yolun əsas üstünlüklərindən biri də Pirşağı qəsəbəsindən Sumqayıta çəkilmiş dairəvi yola birləşməsidir. Bu, paytaxtın şimal hissəsində, ən sıx tıxacın yaşandığı Bakı-Sumqayıt yolunda vəziyyətin nisbətən yaxşılaşmasına səbəb ola bilər.

Yeni yolun istifadəyə verilməsi metronun Neftçilər və Əhmədli stansiyaları istiqamətindən Binəqədi, Məhəmmədi, Fatmayi, Mehdiabad qəsəbələrinə hərəkət sürətinin artmasına, insanların daha qısa müddətə bir məntəqədən digərinə çatmasına səbəb olacaq. Yolun 2024-cü ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar