Xəzər Xəbər

Gürcüstanda SÜLH çağırışları VİDEO

Veb TV | 21:20 • 26 Oktyabr 2023
Gürcüstanda SÜLH çağırışları

''Gürcüstan, Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün əldə edilməsində iştirak etməyə hazırdır''.

Xezerxeber.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili Tbilisi Beynəlxalq İpək Yolu Forumunun açılış mərasimində deyib. Baş nazir  bildirib ki, bizim hökumətimiz "Dinc Qonşuluq Təşəbbüsü"nü irəli sürüb.

Ermənistanın baş naziri Nikol Paşinyan isə bildirib ki, Azərbaycan və Türkiyə ilə yollarımız bağlıdır, sülhə ehtiyac var. Yollar olmadan sülhə nail olmaq çətin olacaq''-deyə Paşinyan vurğulayıb.

Baş nazirin təqdim etdiyi xəritədə Azərbaycan əraziləri tam və keçmiş qondarma quruma məxsus heç bir ad, xəritə və ya toponim istifadə edilmədən göstərilib. Maraqlısı budur ki, Paşinyan əvvəlcə "erməni kəsişməsi" adlandırdığı layihənin adını dəyişərək "sülh kəsişməsi" qoyub. Hansıki bu layihə utopik xarakter daşıyır. Çünki indiyədək Ermənistan regionda kommunikasiyaların açılması üçün heç bir addım atmayıb. Naxçıvan blokadada saxlanılıb. 44 günlük müharibədən sonra üzərinə götürdüyü "Zəngəzur dəhlizi" ilə bağlı öhdəlikdən də boyun qaçırıb. Indi birdən-birə bu layihəni hamının qəbul edəcəyini hansı haqla gözləyir?

İrəli sürülən layihə yüz kilometrlərlə yolların, dəmiryolunun və s. çəkilməsini tələb edir. Bu vəsaiti kim ayiracaq?. Üstəlik Ermənistan indiyədək ən qısa  yolun çəkilişini də həll edə bilməyib. Uzun illərdir Irandan magistral yol, dəmir xətti çəkmək istəyən Ermənistan sonda etiraf etdi ki, bunun üçün vəsaiti yoxdur. Ermənistanin indi qəfildən ümumi hesablamalar aparmadan, maliyyə mənbələri müəyyən edilmədən  belə layihə irəli sürməsi utopiyadan başqa bir şey deyil. Ermənistan müstəqillik qazanandan bəri başqa dövlətlərin hesabına yaşamağa öyrəşib.Amma bu cür qlobal layihəni reallaşdırmaq Paşinyana sözdə asan gəlsə də, real deyil. Bütün bunların fonunda Paşinyan onu da əlavə edib ki, qarşıdakı aylarda Azərbaycanla sülh sazişi imzalayacağımıza ümid edirik.

Mərasimdə iştirak edən Azərbaycanın baş naziri Əli Əsədov Paşinyana cavab verib. Hökumət başçısı Azərbaycanın 5 qonşusundan 4-ü ilə çox yaxşı iqtisadi və ticarət əlaqələrinin mövcud olduğunu qeyd edib.

Baş nazir onu da bildirib ki, digər situasiyada da bizim kifayət qədər imkanlarımız var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar