Xəzər Xəbər

Prezident Qaradağ Günəş Elektrik Stansiyasının AÇILIŞINDA VİDEO

Veb TV | 22:00 • 26 Oktyabr 2023
Prezident Qaradağ Günəş Elektrik Stansiyasının AÇILIŞINDA

"Biz mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq"

Xəbər verdiyimiz kimi, bunu prezident İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının açılış mərasimində çıxışı zamanı deyib. Dövlət başçısı bu layihənin gələcəkdə həyata keçiriləcək çoxsaylı layihələrin başlanğıcı olduğunu diqqətə çatdırıb.

Prezident vurğulayıb ki, hazırda Azərbaycanın iqtisadi hədəfi qazıntı yanacağından asılılığı azaltmaq üçün iqtisadiyyatı şaxələndirməyi davam etdirməkdir.

Azərbaycanın hidrogen, o cümlədən yaşıl hidrogen ixrac edəcəyini diqqətə çatdıran dövlət başçısı bu məqsədlə dünyanın müxtəlif ölkələrindən olan şirkətlərlə işlər aparıldığını vurğulayıb.

Prezident İlham Əliyev həmçinin Qarabağ və Şərqi Zəngəzur ərazilərində hidroenerji potensialının fəal şəkildə inkişaf etdirildiyini bildirib. Ölkə başçısı qoyulan investisiyaların böyük həcmdə təbii qaza qənaət etmək imkanı verəcəyini qeyd edib.

Daha sonra Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir Qaradağ Günəş Elektrik Stansiyasını işə salıblar.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar