Xəzər Xəbər

Qarabağda qırmızı kitaba düşən heyvanlar MİNA qurbanı olur VİDEO

Veb TV | 21:10 • 26 Oktyabr 2023
Qarabağda qırmızı kitaba düşən heyvanlar MİNA qurbanı olur

Canlı aləm Ermənistanın hərbi-siyasi təxribatlarının qurbanı olmamalıdır. Vəhşi təbiət, heyvanlar bizdən kömək istəyir.

Xezerxeber.az xəbər verir ki, Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri Ermənistanın Cənubi Qafqazın təbiətinə, bioloji müxtəlifliyinə, heyvanlar aləminə qarşı mina terrorunu qəti şəkildə pisləyərək beynəlxalq  təşkilatlara  müraciət  ediblər.

Bioloji Müxtəliflik Mərkəzi" İctimai Birliyinin müraciətəndə deyilir ki, işğaldan azad olunmuş ərazilərdə - Qarabağ və Şərqi Zəngəzurda 1.5 milyondan çox mina və partlamamış hərbi sursatın mövcud olması ehtimal olunur. Ayı balasının ölümünə səbəb olan mina 2021-ci il Ermənistan istehsalıdır.

"Ermənistan həm də heyvanlardan sui-qəsdçi kimi istifadə edib. Heyvanlardan sui-qəsd məqsədilə istifadə olunması heç bir mənəviyyata sığmır. Dəqiq mina xəritələrinin Azərbaycan dövlətinə təhvil verilməsində Sizin əvəzsiz töhfəniz ola bilər, bu, Cənubi Qafqazın təbiətini xilas edə bilər",- deyə müraciətdə  qeyd olunur

 "Xəzər Xəbər"in  soğusuna cavab olaraq "Həyat və  canlılar naminə" Beynəlxalq Birilikdən isə Azərbaycanın cağrışına biganə yanaşılmayacağı ilə bağlı cavab ünvanlanıb. Bildirilib ki, Beynəlxalq Birliyin nümayəndələri Azərbaycanlı həmkarları ilə əlaqə saxlayıb vəziyyəti yeridə dəyərləndirəcəklər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar