Xəzər Xəbər

Bəzi ölkələr Azərbaycana KİBERTƏHLÜKƏ yaratmaq istəyir VİDEO

Veb TV | 21:00 • 26 Oktyabr 2023
Bəzi ölkələr Azərbaycana KİBERTƏHLÜKƏ yaratmaq istəyir

Bəzi ölkələr Azərbaycana informasiya təhülkəsizliyi  sahəsində müəyyən problemlər yaşatmağa çalışırlar.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev "Kritik İnfrastruktur Müdafiə Çağırışı 2023 tədbirində çıxışı zamanı deyib. Onun sözlərinə görə, belə geniş miqyaslı tədbirlərin keçirilməsi yeni iri layihələrin başlanğıcı kimi qiymətləndirmək olar.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev isə çıxışında bildirib ki,  Azərbaycan tərəfdaş ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlığı genişləndirir.

Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycanda ilk dəfə "Kibermüharibə" yarışı da keçirilib. İştirak edən komandalar kiberhücumların simulyasiyası ilə həyata keçiriləcək yarışda virtual informasiya sistemlərinin təhlükəsizliyini təmin etməli olacaqlar. Təşkilatçılar tərəfindən informasiya təhlükəsizliyi üzrə təqdimat və panel müzakirələr, eləcə də ödənişsiz ixtisasartırma təlimləri təşkil olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti