Xəzər Xəbər

Cəlilabadda qətl hadisəsi KAMERLARA DÜŞDÜ VİDEO

Veb TV | 23:00 • 25 Oktyabr 2023
Cəlilabadda qətl hadisəsi KAMERLARA DÜŞDÜ

Cəlilabadda məhkumluqdan yenicə azadlığa çıxan şəxs yolun kənarinda biçaqlanib.

Xezerxeber.az xəbər verir ki, hadisə Cəlilabadda dünən gecə saatlarında lentə  alınıb. Azadlığa yenicə çıxan şəxs ürəyindən bıçaqlanıb.

Rayonun mərkəzi hissəsində yerləşən aptekdən dərman alaraq çıxan şəxs - 1977-ci il təvəllüdlü  Mirxəqani  Əhmədov elə yolun kənarında ürək nayihəsindən bıçaqlanıb.

O, ətrafdakıların köməkliyi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Baş verən qətl hadisəsinin bəzi təfərrüatları da məlum olub. Öldürülən Mirxəqani Əhmədov 6 il məhkumluq həyatı yaşayb və yenicə azadlığa çıxıb.

İddia olunur ki, hadisə qisas zəminində baş verib.  Hadisə ilə bağlı hüquq - mühafizə orqanları tərəfindən araşdırma aparılir

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti