Xəzər Xəbər

DÖNƏRDƏN ZƏHƏRLƏNƏN şagirdlərin vəziyyəti necədir? VİDEO

Veb TV | 21:20 • 25 Oktyabr 2023
DÖNƏRDƏN ZƏHƏRLƏNƏN şagirdlərin vəziyyəti necədir?

Xəbər verdiyimiz kimi, Bakının Binə qəsəbəsində 88, 117, 121 və 149 nömrəli tam orta məktəbdə təhsil alan 23 şagird zəhərlənib.

Valideynlərin sözlərinə görə, uşaqlar dönər yedikdən bir müddət sonra özlərində narahatlıq hiss ediblər.

Bir uşaq ailəsinin iltizamnaməsi ilə, iki uşaq isə ambulator müalicə üçün artıq evə buraxılıb. Hazırda 20 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir

Hadisə ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən araşdırma başlanıb.

Uşaqların səhhətləri Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də TƏBİB rəhbərliyinin nəzarətindədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar