Xəzər Xəbər

Məhkəmədən Xaçatryana 44 günlük müharibə barədə SUAL VİDEO

Veb TV | 21:05 • 25 Oktyabr 2023
Məhkəmədən Xaçatryana 44 günlük müharibə barədə SUAL

"Meşəli hadisələrində kimin əli var, Allah bəlasın verib, çoxu ölüb".

Xezerxeber.az xəbər verir ki, bu sözləri bu gün keçirilən məhkəmə prosesində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirli bilinən Vaqif Xaçatryan deyib.

Bakı Hərbi məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahidlər və zərərçəkmişlər iştrak etməli idi. Üzürlü səbəblərə görə, zərərçəkmişlər iştrak edə bilmədilər. Amma onların illər əvvəl istintaqa verdikləri ifadələr hakim tərəfindən elan edildi.

Zərərçəkmişlər və şahidlər ifadələrində bildiriblər ki, qanunsuz silahlı birləşmənin tərkibində olan Vaqif Xaçatryan onlara işgəncələr verib, yaxınlarını qətlə yetirib və əmlaklarını gözlərinin qabağında yandıraraq məhv edib.

Dövlət ittihamçısı, Baş Prokurorun köməkçisi, Müqəddəs Sultanov Vaqif Xaçatryandan, 2020-ci ildə 44 günlük müharibədə, Azərbaycan ordusunun işğalda olan rayonlarımızı azad edərkən, Meşəli soyqırımını törədən şəxslərin hansı hislər keçirdiyini və onlar arasında təşvişə düşənlərin olub-olmamasını soruşdu.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar