Xəzər Xəbər

Qrunt suları evlərin zirzəmilərinə axır VİDEO

Evlərdə çatlar əmələ gəlib
Veb TV | 21:11 • 24 Oktyabr 2023
Qrunt suları evlərin zirzəmilərinə axır

Bakıda qrunt suları evlərin zirzəmilərinə axır.

Nəmişlikdən divara vurulan suvaq hissələrə bölünərək qopub. Evlərdə bir neçə yerdə çatlar əmələ gəlib.

Xezerxeber.az-ın məlumatına görə, bu problem Xəzər rayonu, Qala qəsəbəsində eyni adlı küçədə tikilən evlərdə yaşanır.

Sakinlərin iddialarına görə, buradakı mənzillərin əksəriyyətində problem yaşanır.

Onların sözlərinə görə, yağış yağanda ərazidə vəziyyət dözülməz həddə çatır. Problemlə bağlı aidiyyəti qurumlar da dəfələrlə məlumatlandırılıb.

Xəzər Rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirildi ki, məsələ ilə bağlı "Azərsu" ASC-yə müraciət ünvanlanıb. "Azərsu"dan isə bildirilib ki, Qala qəsəbəsində qrunt sularının kənarlaşdırılması ilə bağlı lokal xarakterli tədbirlərin həyata keçirilməsinə baxmayaraq, problemin əsaslı həlli ilkin mərhələdə magistral kanalizasiya kollektorunun, növbəti mərhələdə isə toplayıcı şəbəkənin inşası ilə mümkündür.  "Azərsu" ASC-nin sifarişi ilə Qala qəsəbəsi ərazisində formalaşan tullantı sularının mərkəzləşdirilmiş qaydada kənarlaşdırılması məqsədi ilə müvafiq layihə sənədləri hazırlanıb. Qala qəsəbəsində mərkəzləşdirilmiş kanalizasiya sistemlərinin inşası  qurumun tədbirlər planına uyğun mərhələli şəkildə həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar