Xəzər Xəbər

Lənkəranda torpaq sürüşməsi baş verib VİDEO

Veb TV | 20:07 • 24 Oktyabr 2023
Lənkəranda torpaq sürüşməsi baş verib

Lənkəranda yağan intensiv yağışlar Veravulçay çayının daşmasına səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Vilvan kəndində 10-a yaxın ailənin yaşadığı evlər üçün təhlükəli vəziyyət yaranıb.

Çayın kənarındakı torpaq qatı uçaraq evlərə yaxınlaşır.

Bu il çaya sel gələndən  sonra  ərazidə torpaq qatı təqribən 6 metrə yaxın uçub. Bir həyətyanı sahədən 30 sot torpağı sel suları aparıb.

Ərazidə yaranan vəziyyətlə bağlı Lənkəran rayonu, Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsi tərəfindən ağır texnikalar ayrılıb. Hava şəraiti imkan verən kimi, çayda məcradəyişmə işləri aparılacaq.  

Qeyd edək ki, hazırda çayda 2 km sahilbərkitmə işləri görülür və tamamlanmaq üzrədir.

Xatırladaq ki, ötən il də idarə tərəfindən çayda məcradəyişmə işləri görülmüşdü. Yağışların çox olmasına görə görülən işlər sıradan çıxıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti