Xəzər Xəbər

Vaqif Xaçatryan Azərbaycan xalqından üzr istəyib VİDEO

Veb TV | 19:50 • 24 Oktyabr 2023
Vaqif Xaçatryan Azərbaycan xalqından üzr istəyib

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törədənlərdən biri - Xaçatryan Vaqif Çerkezin cinayət işi üzrə oktyabrın 24-də növbəti məhkəmə iclası keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, iclasda Vaqif Xaçatryan azərbaycanlılara qarşı törədilən cinayətlərə görə üzr istəyib.

"Mən bizimkilər tərəfindən azərbaycanlılara qarşı törədilən cinayətlərə görə üzr istəyirəm", - deyə Vaqif Xaçatryan bildirib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər ifadə veriblər. Zərərçəkən Teymur Salmanov Meşəli hadisələri vaxtı uşaq olduğunu deyib. "Həmin vaxt 14 yaşım vardı. Səhər tezdən kəndimizi "Alazan"la vurdular'', - deyə bildirib.

Zərərçəkmiş kənd sakini Alış Alışov bildirib ki, atışma başlayan zamanı ailəsi ilə kənddə olub. Vaqif Xaçatryanın rəhbərlik etdiyi qanunsuz silahlı birləşmənin törətdiyi cinayətləri də görüb.

Vaqif Xaçatryan əvvəlki proseslərdə olduğu kimi, bu dəfə də itihamları qəbul etməyib.

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Vaqif Xaçatryan Laçin sərhəd-keçid məntəqəsində saxlanıb. Məhkəmə prosesi sabah da davam edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti