Xəzər Xəbər

Fransa bölgədə AT OYNADA BİLMƏZ VİDEO

Veb TV | 22:30 • 23 Oktyabr 2023
Fransa bölgədə AT OYNADA BİLMƏZ

Artıq Azərbaycan Cənubi Qafqazdan Ermənistanın yaratdığı müharibə ab-havasını uzaqlaşdırır, sülh prosesində israrlıdır, tərəfimizdən irəli sürülən  təkliflərdən isə bütün dünya  məlumatlıdır. Belə bir anda Fransanın bölgəyə öz nizamnaməsi ilə gəlməsi  nə bizə, nə də qonşu dövlətlərə gərək deyil. Ermənistana silah -sursat havadarlığı edən, revanşist qüvvələrə əlavə güc olan  Fransa bu ərazilərdə özünü təsdiqləyə bilməz, yəni buna heç kim  və heç bir dövlət imkan yaratmaz.

Uzun müddətdir Azərbaycanın haqlı qələbəsini həzm edə bilməyən bəzi qüvvələr və ya dövlətlər  Rusiya, İran, Türkiyə kimi iri dövlətləri belə bu bölgədə sıxışdırmağa çalışır.

Xezerxeber.az-ın xəbərinə görə, politoloq Tofiq Abbasov deyir ki, bu mümkünsüz bir yanaşmadır. Çünki hazırda bölgə dövlətləri 3+3 formatının tərəfdarı kimi çıxış edirlər. Yəni bölgənin problemlərini, çətinlik və çağırışlarını  yalnız yerli elita  həll edəcək. Kənar  müdaxilələr  isə qeyri-mümkündür.

Onun sözlərinə görə, regionda sabitliyin keşiyində çox möhkəm dayanılıb. 6-lıq formatı isə ən yaxın zamanlarda özünü təsdiqləyəcək. Bununla bağlı Tehranda xarici işlər nazirlərinin görüşü də keçirilir. Kənar qüvvələrə gəlincə, onlar sadəcə olaraq  Ermənistanın yaratdığı boşluqlardan istifadə edib, mərama çatmaq istəyirlər. Və Ermənistanın bu addımı ona baha başa gələcək. İran və Rusiya proseslərin gedişatını izləyir, Qərbin Ermənistan vasitəsilə regiona soxulmağa can atdığını görür.

İran və Rusiyanın təziqi altında nə Fransa, nə ABŞ, nə də Ermənistandakı Avropa İttifaqı missiyası İrəvana kömək edə biləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar