Xəzər Xəbər

Erməni blogerin Azərbaycan barədə yazdıqları ölkəsində REZONANS YARADIB VİDEO

Veb TV | 21:02 • 23 Oktyabr 2023
Erməni blogerin Azərbaycan barədə yazdıqları ölkəsində REZONANS YARADIB

Revanşistlər Azərbaycan haqqında böhtanlar yayırlar.

Xezerxeber.az xəbər verir ki, erməni bloger Natali Aleksanyan sosial şəbəkə hesabında ermənistandakı revanşist qüvvələrin Qarabağ ermənilərindən alət kimi istifadə etməsindən yazıb. Elə haqlı da yazıb. Görünən dağa nə bələdçi? Artıq özləri də anlayırlar ki, aralarında olan revanşist qüvvələrin tutduğu mövqe, heç də xoş sonluqla bitənə oxşamır.

Natali Aleksanyan yazıb ki, Qarabağ ermənilərinin hələ də həll olunmamış problemlərinin olduğundan məlumatlıyam. Yazdıqlarım, bu həll olunmamış problemlərin həlli müqabilində, insanları işgəncələrlə bağlı yalan ifadələr verməyə məcbur edən erməni mediasına aiddir.

Alkeysanyan çoxlu Qarabağ erməniləri ilə danışdığını və heç birindən azərbaycanlıların onlara qarşı pis münasibətinə eyham vurmadığını qeyd edib.

Bu adamlar Ermənistan torpağına ayaq basdığı anda işgəncədən niyə danışmadılar?. Niyə bir ay sonra işgəncədən danışmağa başladılar? Qarabağlılar həqiqəti söyləməkdən qorxurdularmı? suallarına Aleksanyan elə özü yox cavabı verərək, revanşist qüvvələrin Ermənistanın dövlətçiliyinə qarşı təxribat törətdiklərini əlavə edib.

Görünür erməni bloger Natali Aleksanyan, hazırki reallığı başa düşən və bunu qəbul edən ilk Ermənistan vətəndaşı kimi tarixə düşəcək. Daha əvvəl də, onun Qarabağdakı ermənilərin dırnaqarası aclığından bəhs edən paylaşımından sonra saxta böhran görüntüsü yaratmağa çalışan revanşist qüvvələrin planı boşa çıxmışdı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar