Xəzər Xəbər

Fırıldaqçılar indi də bu üsula ƏL ATIR VİDEO

Veb TV | 20:40 • 23 Oktyabr 2023
Fırıldaqçılar indi də bu üsula ƏL ATIR

Fırıldaqçılar indi də bu üsula əl atırlar.

Xezerxeber.az xəbər verir ki, bəzi dələduzlar vətəndaşlara sms və ya sosial şəbəkə üzərindən bildirişlər göndərərək onları  uşaq pornoqrafiyası və kibercinayətlərdə iştirakı barədə təhdid edirlər.

Daxili İşlər Nazirliyi belə dələduzların qurbanı olmamaq üçün vətəndaşlara xəbərdarlıq edib.

Nazirliyin əməkdaşı Nurlan Əliyev deyir ki, araşdırmalarla müəyyən edilib ki, həmin sms-lər vətəndaşlara xarici ölkələrdən göndərilir. Xarici polis təşkilarlarının adından istifadə edilməklə törədilən bu cür dələduzluq əməlləri insanların pul vəsaitinin və ya bank kartlarının ələ keçirilməsinə hesablanıb.

Nurlan Əliyev deyir ki, belə halla rastlaşan şəxslər dərhal "102" Xidmətinə məlumat versinlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar