Xəzər Xəbər

Fransa Ermənistanı silahlandırır VİDEO

Bu ölkə sülhə mane olur və regionda yeni gərginlik yaratmağa çalışır
Veb TV | 21:12 • 22 Oktyabr 2023
Fransa Ermənistanı silahlandırır

Fransa Ermənistanı silahlandırır və Cənubi Qafqaz regionunda yeni gərginlik yaratmağa çalışır.  

Fransanın müdafiə naziri Ermənistanla ən yaxın zamanda silah sazişinin imzalanacağı barədə açıqlama verib. 

Xezerxeber.az-ın məlumatına görə, hələ oktyabrın 7-də Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı xüsusilə vurğulamışdı ki, "Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır və əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq". 

Bu telefon söhbətinin üzərindən çox keçmədi ki, Fransa İrəvanı silahlandırmağa çalışdığını açıq şəkildə bəyan etdi.

Beynəlxalq münasibətlər üzrə ekspert, siyasi şərhçi Eldar Cəfərov rəsmi Parisin Cənubi Qafqazdakı bu destruktiv mövqeyi Makron hökumətinin yarıtmaz siyasəti ilə bağlıdır.

Qeyd edək ki, Fransanın Ermənistana hansı növ silahları verəcəyi planları da açıqlanıb. Bu silahlar müdafiə xarakterli olacaq.

Sual olunur: İrəvan kimdən müdafiə olunur? Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsini ilin sonuna kimi imzalamağa hazır olduğunu bəyan etməsi fonunda Fransanın belə bir mövqedə olması katalizatorluqdan başqa bir şey deyil. Axı rəsmi Bakı dəfələrlə bildirib ki, İrəvanla müharibə aparmaq niyyətində deyil, sülh sazişi imzalamağa hazırdır. Fransanın müdafiə naziri isə deyir ki, Ermənistanın təhlükəsizliyi və müdafiə qabiliyyətinin artırılması ölkəsinin strategiyasının bir hissəsidir. Beləliklə, Aİ-nin qurucu üzvü olan Fransa açıq şəkildə sülh prosesinə əngəl olmaqdadır.

Əgər rəsmi İrəvan Fransadan göndəriləcək silahları gözləyib regional situasiyanın Ermənistanın xeyrinə dəyişəcəyinə ümid bəsləyirsə, yenə yanılır. Ermənistan anlamalıdır ki, silahlanma gələcəkdə ona yeni-yeni problemlər gətirəcək. Bu səbəbdən Fransanın oyununa alət olmasa onun üçün bir o qədər yaxşı olar. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 

Xəbər lenti

Çox oxunanlar