Xəzər Xəbər

Xaçmazda sakinlər əkin sahələrinə gedə bilmirlər VİDEO

Səbəb yol problemidir
Veb TV | 20:39 • 22 Oktyabr 2023
Xaçmazda sakinlər əkin sahələrinə gedə bilmirlər

Xaçmazda əkin sahələrində yol problemi yaranıb. Sakinlər sahələrinə texnika aparmaq üçün yol tapa bilmirlər. Onların 25 il kecdikləri yerdən girişlərinə icazə verilmir.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Xaçmaz rayonunun Xuray kəndindən gedir.

Sakinlər deyirlər ki, illərdir sahələri əkirlər.

Bu vaxta qədər qonşunun  sahəsindən icazə ilə istifadə edərək keçiblər. Ancaq bu ildən həmin şəxslər öz sahələrindən digər ərazilərə keçməyə icazə vermirlər.

Kənd blədiyyəsinin  sədri Aslan Məcidov bildirir ki, bu torpaqlar 1997-ci ildə islahat nəticəsində paylanıb. Ancaq bağlara gedən yollar düzgün qoyulmayıb. İndi hər bir sahəyə gedən yolların olması üçün xəritə hazırlanır.

Kənd sakinləri ümid edir ki, xəritə  hazır olana kimi köhnə yollardan istifadə edə biləcəklər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar