Xəzər Xəbər

Tovuzun maşın bazarında bahalaşma var FOTO/VİDEO

Yüksək qiymət bazarda durğunluğa səbəb olub
Veb TV | 20:06 • 22 Oktyabr 2023
Tovuzun maşın bazarında bahalaşma var

Tovuz rayonunun avtomobil bazarında bahalaşma müşahidə edilir. Qiymətlərin yüksək olması səbəbindən bazarda durğunluq yaşanır.

Xezerxeber.az-ın məlumatına görə, bazarda satışa çıxarılan 500-dən çox nəqliyyat vasitəsinin əksəriyyəti istehsal ili köhnə, istismar müddətini başa vurmuş hesab olunur. Amma qiymətlər yüksəkdir.

Satıcılar bildirirlər ki, qiymətin yüksək olmasına çox  səbəb var. Əsas səbəb isə bölgə üçün xarakterik və ekonom hesab edilən avtomobillərin sahiblərinin satış qiymətini bazardakı vəziyyətlə maraqlandıqdan sonra təyin etmələridir.

Satıcılar alıcı qıtlığından gileylənirlər.

Alıcılar isə qiymətlərin "ceyran belində" olmasından şikayətçidirlər. Nəticədə hər iki tərəf bazardan narazı qayıdır.

Ekspertlər isə bildirirlər ki, Rusiya istehsalı olan köhnə avtomobillərin əksəriyyəti artıq istismar müddətini başa vurur.

Buna baxmayaraq, digərlərinə nisbətən ucuz olduğu və bölgələrdə də təmiri asan başa gəldiyi üçün onlara tələbat daha çoxdur. Bu da qiymətlərin enməsinə imkan vermir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar