Xəzər Xəbər

Bakının mərkəzində boş torpaq sahəsi azalıb VİDEO

Torpağın bahalaşacağı gözlənilir
Veb TV | 19:33 • 22 Oktyabr 2023
Bakının mərkəzində boş torpaq sahəsi azalıb

Növbəti ildən etibarən Bakıda torpağın qiymətinin bahalaşacağı gözlənilir.

Xezerxeber.az-ın məlumatına görə, əmlak məsələləri üzrə ekspertlər hesab edirlər ki, paytaxtın mərkəzində, 1-ci və 2-ci zonada torpaq sahəsi qıt olduğundan tikinti şirkətləri çoxmərtəbəli binaların inşası üçün kənar ərazilərə üstünlük verirlər. Bu da həmin ərazilərdə torpağın qiymətinin artmasına şərait yaradır.

Əmlak eksperti Nofəl Quliyev deyib ki, bəzən MTK-lar şəhərin mərkəzi hissələrində köhnə yaşayış binalarını söküb yerində çoxmərtəbəli bina tikməkdə maraqlı deyillər. Səbəb isə bəzi hallarda MTK-larla sakinlər arasında kompensasiya və aylıq kirayə ödənişinin məbləği məsələsində razılığa gələ bilməməsidir. Buna görə də  tikinti şirkətləri bu cür layihələri icra etməkdən boyun qaçırırlar və onlar şəhərdən kənarda binalar tikməyə üstünlük verirlər.

Ekspert hesab edir ki, yüksək qiymətə alınan torpaq sahəsində tikiləcək komplekslərdə mənzillərin baha satılacağı istisina edilmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Bakıda obyektdə YANĞIN VİDEO
18:40 • 28 Sentyabr 2024