Xəzər Xəbər

Xaricdən kartofun idxalına qoyulan qadağa BAHALAŞMA YARADACAQ? VİDEO

Veb TV | 22:00 • 21 Oktyabr 2023
Xaricdən kartofun idxalına qoyulan qadağa BAHALAŞMA YARADACAQ?

İranda fəaliyyət göstərən bəzi şirkətlərdən ərzaqlıq kartof məhsulunun idxalına müvəqqəti qadağa qoyulub.

Xezerxeber.az xəbər verir ki, səbəb məhsuldan götürülən nümunələrdə karantin tətbiq edilən zərərli orqanizm - halqavari bakterial çürümə xəstəliyi və kartofun qonur çürümə bakteriyasının aşkarlanmasıdır. 

Nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında yoxlanılıb.

Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Qeyd olunan ixracatçıların ərzaqlıq kartof məhsulunun ölkəmizə idxalına müvəqqəti qadağa qoyulub və İranın aidiyyəti qurumuna müvafiq bildirişlər göndərilib.

Alıcılar isə daha çox yerli məhsullara üstünlük verdiklərini  deyirlər:

Ekspertlər  hesab edir ki, İrandan Azərbaycan bazarına gətirilən kartofun  digər xarici ölkələrə müqayisədə bazar payı azdır. Kartof  bazarındakı qiymətlərdə isə kəskin bahalaşma gözlənilmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Bakıda obyektdə YANĞIN VİDEO
18:40 • 28 Sentyabr 2024