Xəzər Xəbər

Bazarda bu yerli məhsulun qıtlığı YARANA BİLƏR VİDEO

Veb TV | 21:30 • 21 Oktyabr 2023
Bazarda bu yerli məhsulun qıtlığı YARANA BİLƏR

Astara rayonunun sitrus bağlarından naringi yığımına başlanılıb.

Xezerxeber.az xəbər verir ki, məhsul yığımı əsasən rayonun 30-a yaxın kəndində  aparılır. Ötən illə müqayisədə bu il məhsuldarlıq çox aşağıdır. Səbəb isə yağışlı hava şəraitidir.  

Hal-hazırda bağlarda nazik qabıq və tez yetişən "karli" sortlu mandarin yığılır. Qiymətə təsir edən amillərdən biri də, xarici məhsulun ölkəmizə gətirilməsi, eləcə də yerli məhsulun xarici bazarlara çıxmamasıdır.

Alıcılar, qiymətin aşağı olmasını məhsulun həcmi ilə əlaqələndirirlər.

Qeyd edək ki, bu günə kimi hər bir fərdi həyətlərdən təqribən 3-4 tona yaxın məhsul yığılıb. Yığılan məhsul yerli bazarlarla yanşı paytaxt bazarlarına göndərilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Bakıda obyektdə YANĞIN VİDEO
18:40 • 28 Sentyabr 2024