Xəzər Xəbər

Ödənişli yollarla bağlı YENİ XƏBƏR VİDEO

Veb TV | 20:50 • 21 Oktyabr 2023
Ödənişli yollarla bağlı YENİ XƏBƏR

Ödənişli yol digər magistrallardan daha sürətli olacaq və buradan istifadə qaydalarına sürət həddi ilə bağlı məsələ də daxil ediləcək.

Xəbər verdiyimiz kimi, bunu Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib.

O bildirib ki, bu yolda sürücülərim maneəsiz hərəkəti üçün bütün şərait yaradılıb. Təhlükəsizlik tam formada təmin edilib ki, sürücü  mənzil başına daha tez və sürətli çatsın. Yeni yol köhnədən 13 km daha qısadır.

Ödənişli yolda iki cür hərəkət zolağı var. Onlardan biri sürətli, digəri isə adi keçiddir. Adi zolaqlarda sürücü məntəqəyə yaxınlaşaraq xüsusi çipli kartları əldə edir və yoldan istifadə etmək hüququ qazanır. Sürətli zolaqda isə prosəs fərqli olur.

Qurum rəsmisi qeyd edib ki, bu yolun giriş-çıxış nöqtələri ilə yanaşı, iri yaşayış yerlərinə daxil olmaq və çıxmaq üçün də dörd məntəqə fəaliyyət göstərəcək.

Yeni avtomobil yolu Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsidir. Artıq həm şimaldan, həm də cənubdan daxil olan tranzit, daxili yüklərin bu yol vasitəsilə rahat daşınması təmin olunacaq. Yük maşınları üçün yolun giriş-çıxışına xüsusi tərəzilər də quraşdırılıb.

Avtomobil yolu boyunca kamera və digər avadanlıqlar yerləşdirilib. Zərurət yarandıqca bu avadanlıqların sayı artırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar