Xəzər Xəbər

Xəzərin səviyyəsinin düşməsi Limanlara ZİYAN VURACAQ VİDEO

Veb TV | 21:21 • 21 Oktyabr 2023
Xəzərin səviyyəsinin düşməsi Limanlara ZİYAN VURACAQ

Xəzər dənizində suyun səviyyəsi enməkdə davam edir.

Xezerxeber.az xəbər verir ki, suyun səviyyəsi son 10 ildə 114 sm enib. Coğrafiya elmlər doktoru Səid Səfərov bildirib ki, bunun səbəblərindən biri Xəzərə tökülən çaylarda axımın azalmasıdır. Hətta, Kür çayı son 2 ildə Xəzər dənizinə şirin su gətirmir.

Səid Səfərov onu da bildirib ki, Xəzər dənizində suyun azalması, çaylarda axımın azlmasından sürətli baş verir. Buna səbəb isə səthə düşən yağıntının miqdarının azalması, buxarlanma prosesinin isə artmasıdır.

Coğrafiya elmlər doktoru onu da əlavə edib ki, Xəzərdə suyun səviyyəsinin azalması həm limanların işinə, həm də suda yaşayan canlılara problem yaradır.

Səid Səfərov deyir ki, son dövrlərdə şərq və cənubdan əsən isti küləkli günlərin sayı artıb. Nəticədə Xəzər dənizində suyun səviyyəsi 2 metrə qədər düşür. Havanın temperaturunun yüksəlməsi sututarlarla yanaşı, meşələrin də sərhədlərinin dəyişməsinə səbəb olur. Bununla mübarizə aparmaq üçün isə müasir suvarma şəbəkələri qurulmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar