Xəzər Xəbər

Haqlı mübarizələrində verdiyi dəstəyə görə Azərbaycana MİNNƏTDARIQ VİDEO

Veb TV | 23:00 • 21 Oktyabr 2023
Haqlı mübarizələrində verdiyi dəstəyə görə Azərbaycana MİNNƏTDARIQ

Bakı Təşəbbüs Qrupunun Baki ofisinin açılması müstəmləkədən əziyyət çəkənlər üçün platformadır.

Xezerxeber.az xəbər verir ki, bunu Qvadelupa Azadlıq Hərəkatının baş katibi Jan Jakob Bisep mediaya açıqlamasında deyib.

Bakı Təşəbbüs Qrupunun rəhbəri Abbas Abbasov isə bildirib ki,neokoloniolizmə qarşı mübarizəni  davam etdirəcəklər.

Bu arada Azərbaycan Dillər Universiitetinin tələbə və müəllim heyəti ilə görüşən qonaqlar Fransanın  müstəmləkəçilik siyasətindən bəhs ediblər. Onlar bildiriblər ki, bu ərazilərdəki təbii sərvətləri illərdir Fransa tərəfindən mənimsənilir. Onlar fransanın öz dərsliklərində ,kitablarında dillərinin,tarixlərinin,mədəniyyətlərinin təhrif olunduğunu, gənclərə fransız  tarixinin və dilinin öyrədildiyini bildiriblər. Qonaqlar  müstəmləçilik siyasəti nəticəsinmdə asılı vəziyyətə salındıqlarını diqqətə çatdırıblar.

Qonaqlar haqlı mübarizələrində verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar