Xəzər Xəbər

Ova getdi, özü qurban oldu VİDEO

Veb TV | 21:15 • 21 Oktyabr 2023
Ova getdi, özü qurban oldu

Ova gedən gənc ehtiyatsızlıqdan özünü güllələyib.

Xezerxeber.az xəbər verir ki, bədbəxt hadisə Tovzuda, Böyük Qışlaq inzibati ərazi dairəsinə tabe olan Səfərli kəndindəki meşəlik ərazidə baş verib. 26 yaşlı Turan Rüstəmov həmkəndliləri ilə dovşan ovuna gedib. Orada qəfildən Turanın öz əlindəki tüfəngdən atəş açılıb.

Turan Rüstəmov ürəyindən aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib. 

Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar