Xəzər Xəbər

Şəhid ailəsinə köhnə evi sökün, yeni ev tikiləcək deyilsə də... VİDEO

Veb TV | 21:07 • 21 Oktyabr 2023
Şəhid ailəsinə köhnə evi sökün, yeni ev tikiləcək deyilsə də...

Özlərini dövlət  qurumunun nümayəndəsi kimi təqdim edən şəxslər şəhidin köhnə evinin sökulməsini istəyib.

Xezerxeber.az xəbər verir ki, Cəlilabad rayonu Küncəli kəndində olan ev bir ildən çoxdur ki, sökülüb. Sökülən evin yerində isə yeni evin tikiləcəyini deyiblər.

Söhbət şəhid Əli Rüstəmovun ailəsinə məxsus evdən gedir. Ailənin bildirdiyinə görə, ötən ilin əvvəllərində özlərini Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin əməkdaşı kimi təqdim edən şəxslər kəndə gəlib. 3 nəfər şəxs onlara yeni ev tikiləcəyini bildiriblər. Bir müddətdən sonra isə daha bir neçə nəfər yenidən gələrək evi tikmək məqsədi ilə köhnə evin sökülməsini tapşırıblar.

Söküntü işlərindən sonra ailə evi tikmək üçün gələcək olan şəxsləri gözləməyə  başlayıb. Bununla bağlı rayona gedən ailəyə Sosial Xidmətlər Agentliyindən tezliklə evin tikiləcəyi bildirilib.

Sökülən evin yerinə hələ də ev tikən yoxdur. Şəhidin yaxınları deyir ki, müraciət etmədikləri ünvan qalmayıb. Amma ev elə sökülmüş vəziyyətdə qalıb.

Hazırda ailə iki otaqlı yarımtikilidə məskunlaşıb.

“Xəzər Xəbər” məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinə müraciət edib. Qurumdan bildirildi ki, Şəhid Əli Rüstəmovun ailəsinin evinin sökülməsi ilə bağlı  qərar həmin qurum tərəfindən verilməyib və heç vaxt ailəyə evini sökməsi üçün müraciət də edilməyib. Bununla bağlı Agentliyin hər hansı bir əməkdaşı həmin ailədə də olmayıb. Kim tərəfindən ailəyə evini sökməsinin dəyilməsindən də məlumatsızdırlar.

Şəhidin ailəsi üçün ev tikintisinə gəldikdə Sosial Xidmətlər Agentliyindən bildirdilər ki, şəhidin anası 24 fevral 2021-ci il tarixində Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən imtiyazlı şəxs kimi mənzil növbəsinə qeydiyyata alınıb və  ailənin sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə qanunvericiliyə uyğun olaraq növbəlilik qaydasında baxılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar