Xəzər Xəbər

Şahbuzda su anbarında kişi meyiti tapılıb VİDEO

Veb TV | 19:06 • 21 Oktyabr 2023
Şahbuzda su anbarında kişi meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyi Şahbuzda su anbarında meyit tapılması barədə məlumat yayıb.

Xezerxeber.az Nazirliyə istinadən məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının FHN-nin "112" qaynar telefon xəttinə Şahbuz rayonunda su anbarının çətin keçilən dağlıq ərazidəki sahilində aşkarlanan kişi meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit qayıq vasitəsilə su anbarının digər sahilinə gətirilərək aidiyyəti üzrə təhvil verilib.

eyit xidmətin sularda xilasetmə bölməsinin dalğıc-xilasediciləri tərəfindən qayıq vasitəsilə su anbarının nəqliyyat vasitəsinin yaxınlaşa biləcəyi sahilinə keçirilib və aidiyyatı üzrə təhvil verilib.


Xəbər lenti