Xəzər Xəbər

Azərbaycan və Türkiyə aviasiyasından birgə HAVA KƏŞFİYYATI/VİDEO

Veb TV | 17:00 • 21 Oktyabr 2023
Azərbaycan və Türkiyə aviasiyasından birgə

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təliminə cəlb edilən aviasiya vasitələri ilə məşqlər keçirilir.

Xezerxeber.az bu barədə Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Bazalanma aerodromlarından uçuşlar edən aviasiya vasitələri plana uyğun olaraq havaya qalxma və yerə enmə, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, hava kəşfiyyatının aparılması və digər fəaliyyətlər üzrə qarşıya qoyulan tapşırıqları yerinə yetirirlər.

Qeyd edək ki, ölkəmizdə 23-25 oktyabr tarixlərində keçiriləcək təlimə hər iki qardaş ölkənin müxtəlif qoşun növündən xeyli sayda texnika, artilleriya və aviasiya vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub.

Xəbər lenti