Xəzər Xəbər

İkili standartlar Avropa İttifaqının Azərbaycanla münasibətlərinə ciddi zərbə vurur VİDEO

Veb TV | 20:41 • 20 Oktyabr 2023
İkili standartlar Avropa İttifaqının Azərbaycanla münasibətlərinə ciddi zərbə vurur

Qərb Azərbaycanla Ermənistan arasında mövcud vəziyyətə sentyabrın 19-da həyata keçirilmiş antiterror tədbirlərinin mahiyyətinə və nəticəsinə ədalətlə yanaşmır.

Xüsusilə Avropa İttifaqı, Avropa Parlamenti, AŞ PA və Avropa Şurasının Nazirlər Komitəsi, bir sözlə, adında Avropa ölkələrini təmsil edən bütün qurumlar əsassız şəkildə Azərbaycan "etnik təmizləmə" siyasəti həyata keçirən ölkə kimi təqdim etməyə çalışır.

Hərbi-siyasi ekspert Telman Qasımov deyir ki, Avropa İttifaqı erməni lobbisinin təsiri altına düşüb.

Qarabağda yaşayan ermənilər öz istəkləri ilə bu bölgəni tərk etdilər. Azərbaycan onları reinteqrasiyaya çağırdı, hətta bunun üçün portal da yaratdı. Lakin onlar Ermənistan hakimiyyətinin təzyiqi altında bundan imtina etdi.

Avropa İttifaqı 44 günlük müharibədən sonra bölgədə sülhün bərqərar olması yönündə səylər göstərməyə çalışdı, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün Brüssel formatını yaratdı. Azərbaycan da bu formatı dəstəklədi. Lakin belə görünür ki, Avropa İttifaqı yenə öz mövqeyində dəyişiklik edib. Unutmaq olmaz ki, tətbiq edilən ikili standartlar həm Avropa İttifaqının Azərbaycanla münasibətlərinə, həm də Brüssel formatına ciddi zərbə vurur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar