Xəzər Xəbər

Xəbəri olmadan adına şirkət açılıb, külli miqdarda vergi bocu yaranıb VİDEO

Bu məsələ ilə bağlı hazırda Faiq Abbasovun ölkədən çıxışına da qadağa qoyulub
Veb TV | 20:07 • 20 Oktyabr 2023
Xəbəri olmadan adına şirkət açılıb, külli miqdarda vergi bocu yaranıb

Bakı sakini Faiq Abbasovun adına şirkət açılıb və onun ünvanına külli miqdarda vergi bocu gəlib.

Xezerxeber.az-ın məlumatına görə, 5 il öncə Faiq Abbasovun xəbəri olmadan onun adına şirkət yaradıblar. Nəticədə onun adına külli miqdarda vergi borcu yaranıb.

Özü isə bu barədə 2 il öncə xəbər tutub.

O, problemlə bağlı etdiyi müraciətlərin nəticəsinin olmadığını deyir.

Faiq Abbasov isddia edir ki, adına yaradılan şirkətdən xəbəri olmayıb, ancaq hazırda onun  45 min manata yaxın vergi borcu var.

Məhz bu məsələ ilə bağlı hazırda Faiq Abbasovun ölkədən çıxışına da qadağa qoyulub.

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən “Xəzər Xəbər”ə bildirildi ki, vətəndaş  ilk olaraq Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərinə yaxınlaşaraq “Asan İmza” ilə bağlı əməliyyatları dayandırmalıdır. Həmçinin, hüquq - mühafizə orqanlarına müraciət etməlidir. Qurumun məlumatına görə, bu, vətəndaşı tam olaraq məsuliyyətdən azad etmir, lakin aparılan araşdırmalar və istintaq çərçivəsində saxtakarlığa yol verən şəxslər  müəyyən ediləcəkdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti