Xəzər Xəbər

Yeni açılan məktəbin qarşısında piyada zolağına ehtiyac var VİDEO

Veb TV | 19:50 • 20 Oktyabr 2023
Yeni açılan məktəbin qarşısında piyada zolağına ehtiyac var

Abşeron rayonu, Xırdalan şəhərində bir aydan çoxdur ki, şagirdlər yeni açılan məktəbə gedib-gəlməkdə çətinlik çəkirlər.

Xezerxeber.az-ın məlumatına görə, yeni dərs ilində istifadəyə verilən Rəsulzadə küçəsindəki 11 saylı tam orta məktəbə gedən və yaxud da çıxan şagird və müəllim kollektivi yolun əks tərəfinə keçmək üçün xeyli məsafə qət edirlər. Bəziləri həyatlarını təhlükəyə ataraq piyada zolağı olmayan yerdən yolu keçməyə cəhd edirlər.

Valideynlər bu barədə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edəcəklərini deyirlər. İstəkləri budur ki, həmin ərazidən şagirdlər təhlükəsiz keçsinlər.

Baş Dövlət Yol Polisi İdarəsindən isə “Xəzər Xəbər”ə bildirdilər ki, vətəndaşlar məsələ ilə bağlı rəsmi müraciət etsinlər. Bundan sonra həmin əraziyə baxış keçiriləcək. Yolun hansı qurumun balansında olduğu müəyyən edildikdən sonra şagirdlərin təhlükəsiz yolu keçmələri üçün lazimi tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti