Xəzər Xəbər

Parlamentdə aviabiletlərin qiyməti, parkinq və iqtisadiyyatda inhisarçılıq problemləri müzakirə edildi VİDEO

Veb TV | 19:33 • 20 Oktyabr 2023
Parlamentdə aviabiletlərin qiyməti, parkinq və iqtisadiyyatda inhisarçılıq problemləri müzakirə edildi

Bu gün Milli Məclisin plenar iclası keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, iclasda müzakirə olunan əsas mövzularından biri Bakının tıxac və parklanma problemi idi.

Millət vəkili Naqif Həmzəyev ''azparkinq'' xidmətinin vətəndaşları tam qane etmədiyini deyib.

Millət vəkili Siyavuş Novruzov Naxçıvana satılan biletlərin qiymətlərindən danışıb. Bildirib ki, qiymət baxımından Naxçıvana uçuşlarla bağlı dövlət dotasiyası artırılmalıdır.  

İclasda ''Aviasiya haqqında'' qanun layihəsi birinci oxunuşda qəbul edilib. Bildirilib ki, qanunda Azərbaycanın dövlət sərhədini icazəsiz keçən hava gəmisi ilə bağlı tələblər müəyyənləşib.

Rəqabət Məcəlləsinin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib ki, iqtisadiyyatda inhisarçılığın aradan qaldırılması üçün tədbirlər görülməlidir.

Onun sözlərinə görə, dövlətin mülkiyyətində olanlar ilk olaraq özəlləşdirilməli və parçalanmalıdır ki, onların bazarda payı 35 %-dən çox olmasın.

Qeyd edək ki, Rəqabət Məcəlləsi ikinci oxunuşda qəbul edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti