Xəzər Xəbər

Azərbaycan və Türkiyə komandoları GECƏ TƏLİMİNDƏ VİDEO

Veb TV | 12:16 • 20 Oktyabr 2023
Azərbaycan və Türkiyə komandoları GECƏ TƏLİMİNDƏ

Oktyabrın 23-25 tarixlərində Azərbaycanda keçiriləcək "Mustafa Kamal Atatürk - 2023" birgə taktiki təlimi ərəfəsində hər iki qardaş ölkənin komando bölmələri ilə müxtəlif tapşırıqlar üzrə fəaliyyətlər məşq etdirilib.

Xezerxeber.az MN-ə istinadən xəbər verir ki, komandolar gecə məhdudgörmə şəraitində taktiki yerdəyişmə icra edərək basqınla şərti düşmənin diversiya qrupunu yerləşmə məntəqəsində zərərsizləşdiriblər.

Təlimin əsas məqsədi hərbi qulluqçuların məhdudgörmə şəraitində taktiki vərdişlərinin təkmilləşdirilməsi və komando bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

Məşqlər zamanı yüksək peşəkarlıq nümayiş etdirən komandolar bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Xəbər lenti

Çox oxunanlar