Xəzər Xəbər

Ən çox tələbat olan balıqlar və QİYMƏT VİDEO

Veb TV | 11:40 • 20 Oktyabr 2023
Ən çox tələbat olan balıqlar və QİYMƏT

Balıq bazarında çeşid çox, qiymətlər isə fərqlidir.

Xezerxeber.az xəbər verir ki, balıq mövsümü olduğu üçün alıcı sarıdan da korluq çəkilmir.

Satıcılar deyir ki, əsas satdıqları kütüm, kefal, zalom və bobladır. Kefalın kilosu 3 manatdan 9 manata, kütüm 8 manatdan 12 manata, zalom və bobla isə 3 manatdan 5 manata qədərdir. Ötən ilə nisbətən qiymətlərdə cüzi artım var.

Bazarlarda isə çeşid daha çox, qiymətlər isə fərqlidir. Satıcıların sözlərinə görə, balıqları daha çox şirkətlər və bəzi sahibkarlardan alırlar.

Bundan əlavə xarici ölkələrdən də balıqlar gətirilir.

Əvvəlki illərlə müqayisədə xaricdən gələn balıqlarda 3-5 manat bahalaşma da var. Təsərrüfat balıqlarında isə əksinə ucuzlaşma müşahidə edilir.

Satıcılar növbəti aylarda qiymətlərin arta biləcəyini deyirlər.

Xezerxeber.az "Xəbər Ertəsi"nin mövzu ilə hazırladığı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar