Xəzər Xəbər

Uzun Həsənin sərgisi üçün SON HAZIRLIQ VİDEO

Veb TV | 11:28 • 20 Oktyabr 2023
Uzun Həsənin sərgisi üçün SON HAZIRLIQ

Heydər Əliyev Mərkəzində “Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisinin açılışına hazırlıqlar gedir.

Xezerxeber.az xəbər verir ki, noyabrın 1-dən 2024-cü il yanvarın 17-dək davam edəcək sərgidə Uzun Həsənin həyatı, onun yaratdığı Ağqoyunlu dövlətinə dair məlumat və eksponatları izləmək mümkün olacaq.

Ziyarətçilər bir çox nadir eksponatlar, o cümlədən İstanbuldakı Hərb Muzeyində saxlanılan və indiyə qədər Türkiyə hüdudlarından kənara çıxarılmayan tarixi nümunələrlə tanışlıq imkanı qazanacaqlar.

Bu eksponatlar ilk dəfə Azərbaycanda təqdim ediləcək.

Bütün bu eksponatlar Heydər Əliyev Mərkəzindəki sərgidə nümayiş olunacaq.

Xəbər lenti

Çox oxunanlar