Xəzər Xəbər

Son günlər çoxalan göbələkdən zəhərlənmənin səbəbi AÇIQLANDI VİDEO

Veb TV | 20:50 • 19 Oktyabr 2023
Son günlər çoxalan göbələkdən zəhərlənmənin səbəbi AÇIQLANDI

Son 3 ayda 16 nəfər göbələk zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə daxil olub. 

Xezerxeber.az xəbər verir ki, daha çox yaz və payız aylarında göbələk zəhərlənməsinə rast gəlindiyini deyən Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, bu cür zəhərlənmələr bəzən ölümlə də nəticələnir.

O qeyd edib ki, göbələk zəhərlənmələrinə səbəb vətəndaşların bu məhsulun zəhərli və yeməli növlərini bir-birindən ayırd edə bilməməsidir.

Toksikoloq qeyd edib ki, göbələk çətin həzm olunan qida məhsuludur. Bu məhsuldan istifadə zamanı onun bişirilmə qaydasına da xüsusi diqqət yetirilməlidir. Xüsusən də həssas qrupdan olan insanlar göbələk yeyərkən ehtiyatlı olmalıdırlar.

Şöbə müdiri göbələk alarkən diqqətli olmağı, daha çox marketdə satılan məhsula üstünlük verməyi tövsiyyə edib.

O bildirib ki, qidanı qəbul etdikdən sonra ürəkbulanma və qusma kimi əlamətlər yaranarsa, dərhal həkimə müraciət edilməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar