Xəzər Xəbər

Sumqayıtda ər-arvad bir-birini BIÇAQLADI...TƏFƏRRÜAT VİDEO

Veb TV | 21:11 • 19 Oktyabr 2023
Sumqayıtda ər-arvad bir-birini BIÇAQLADI...TƏFƏRRÜAT

Sumqayıtda ailə münaqişəsi zamanı ərlə arvad bir-birini bıçaqlayıb.

Xezerxeber.az xəbər verir ki, bu gün 39 yaşlı  Elvira Məmmədovanın çoxsaylı bıçaq xəsarətləri alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 36 yaşlı  Mehman Rüstəmovun yaşadığı, Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən mənzildə ailə münaqişəsi zəminində arvadı Elvira Məmmədovanı bədəninin müxtəlif nahiyələrinə kəsilmiş-deşilmiş xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisə zamanı qadının da bıçağa əl ataraq ərinə xəsarətlər yetirdiyi bildirilir.

Bir-birilərinə bıçaq xəsarətləri yetirən ər və arvad dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Hadisə zamanı xəsarət alan ər və arvadın hazırda sxəstəxanada müalicəsi davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar