Xəzər Xəbər

Ağdamda məskunlaşma bu tarxidə olacaq VİDEO

Veb TV | 21:45 • 19 Oktyabr 2023
Ağdamda məskunlaşma bu tarxidə olacaq

2025-ci ilin ortalarından Ağdam şəhəri və ətraf kəndlərində məskunlaşma aparıla bilər.

Xezerxeber.az xəbər verir ki, bunu Qarbağın bərpa, yenidənquma və inkişaf sərgisinin panel müzakirələrində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev deyib.

O bildirib ki, Ağdamda artıq 3 məhəllənin təməli qoyulub, iki məhəllədə işlərə başlanılıb. Daha 3 məhəllənin də yaxın zamanda təməli qoyulacaq.

Bəşir Hacıyev Ağadamda bəzi layihələrin yekunlaşmaq üzrə olduğunu diqqətə çatdırıb.

Xocavəndin Hadrut qəsəbəsi və Tuğ kəndində isə yaxın vaxtlarda torpaq və söküntü işlərinə başlanacaq. Bəşir Hacıyevin sözlərinə görə, ikinci mərhələdə Tərtərin Talış kəndində yeni evlər tikiləcək.

Ağdamda inşa olunan kəndlərin I Dövlət proqramında qoyulmuş vaxta uyğun tikilib təhvil verilməsi nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Pomidor ucuzlaşıb VİDEO
19:34 • 1 Oktyabr 2024