Xəzər Xəbər

Kursa gedib tövlə tiksə də müraciətinə CAVAB VERİLMİR VİDEO

Veb TV | 21:30 • 19 Oktyabr 2023
Kursa gedib tövlə tiksə də müraciətinə CAVAB VERİLMİR

Kursa gedib, sonradan tövlə də tiksə də, elədiyi müraciətə hələ də müsbət cavab verilməyib.

Xezerxeber.az xəbər verir ki, Oğuzun Muxas kənd sakini 38 yaşlı Asif Hüseynov ailəlidir iki uşağı var. Ata uzun müddətdir kənddə iş olmadığı üçün xırda buynuzlu heyvandarlıqla məşğul olmaq üçün Dövlət Məşğulluq Mərkəzinə müraciət edib. O, məşğulluq proqramı çərçivəsində özünə aktivlər almaq istəyib. Asif Hüseynov heyvanlara baxmaq üçün xüsusi kurs da keçib.

O, bu vaxta qədər proqramdan yararlana bilmir. Ondan 1il sonra kurs keçən sakinlərə isə heyvanlar verilib.

Qurumdan bildirildi ki, Asif Hüseynov təlimlərdə iştirak edib və qiymətləndirmə mərhələsini başa vurub. Hazırda onun adı aktivlərlə təmin olunacaq şəxslər siyahısındadır. 

O da qeyd edilib ki, vətəndaş aktivlər əldə etmək istəyirsdə növbəti paylamada iştirak edə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Pomidor ucuzlaşıb VİDEO
19:34 • 1 Oktyabr 2024