Xəzər Xəbər

Mingəçevirin yeni elektrik stansiyası BELƏ OLACAQ VİDEO

Veb TV | 22:21 • 19 Oktyabr 2023
Mingəçevirin yeni elektrik stansiyası BELƏ OLACAQ

Mingəçevirdə 1280 meqavatlıq yeni elektrik stansiyası tikilir.

Xezerxeber.az xəbər verir ki, artıq İtaliyanın Ansaldo Energia şirkətinin istehsalı olan qaz turbinləri və generatorlar gəmiyə yüklənərək Azərbaycana göndərilib və sabah Bakı limana çatacaq. Bu günə kimi 4 ədəd qaz turbinlərinin, generatorların və qazanların bünövrə, betonlanma işləri görülərək yekunlaşdırılıb, qaz kompressor binası, Rəqəmsal İdarəetmə Mərkəzinin binası, Nəqliyyat Sahəsi və digər sahələrdə binaların tikintisi, o cümlədən stansiya üzrə metal-konstruksiya işlərinin böyük hissəsi görülüb.

1280 meqavatlıq yeni elektrik stansiyası və "Azərbaycan" İstilik Elektrik Stansiyasının mövcud 7 və 8-ci bloklarının əlaqələndirməsi nəticəsində ümumi güc 1880 meqavat olacaq. Bununla da faydalı  iş əmsalı 18% artırılaraq 56%-ə çatdırılacaq.

1280 meqavatlıq yeni elektrik stansiyasının qaz turbinlərində bir dəfə işlənmiş qaz, utilizasiya yolu ilə suyu buxara çevirəcək və "Azərbaycan" İES-in 7 və 8-ci bloklarının buxar turbinlərində əlavə qaz işlətmədən enerji almağa imkan verəcək. Əlaqələndirmə nəticəsində ildə 800 milyion kubmetr qaza qənaət olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Pomidor ucuzlaşıb VİDEO
19:34 • 1 Oktyabr 2024