Xəzər Xəbər

Ermənistan İranda 3+3 formatında GÖRÜŞƏ RAZILIQ VERDİ VİDEO

Veb TV | 23:00 • 19 Oktyabr 2023
Ermənistan İranda 3+3 formatında GÖRÜŞƏ RAZILIQ VERDİ

Ermənistan Strasburq, Paris, Brüssel, Qranadadakı populist addımlarından sonra indi də İranda 3+3 formatında XİN başçıları səviyəsində keçiriləcək görüşə razılıq verib.

Xezerxeber.az-ın xəbərinə görə, politoloq İlyas Hüseynov deyir ki, Paşinyan hakimiyyətinin başqalarının regiona müdaxilə edə bilməsi məqsədilə əlini atmadığı məsələ qalmayıb. O, bununla nəyəsə nail ola biləcəyini düşünsə də, yanılır.

Çünki Cənubi Qafqazda, ümumilikdə regionda yeni reallıqlar hökm sürür. Rəsmi İrəvanın bu kimi addımları isə siyasi riyakarlıqdan başqa bir şey deyil. Çünki məlumdur ki, Nikol Paşinyan daha çox qərb müstəvisində keçirilən danışıq və təmaslara müsbət yanaşır.

Politoloqun sözlərinə görə, Nikol Paşinyan 3 ildir ki, Zəngəzur dəhlizinin açılmasına qarşı fəaliyyət göstərərək bura qlobal geoiqtisadi və geosiyasi oyunçuları cəlb etmək istəyir. Bu isə regional sülhə, təhlükəsizliyə və sabitliyə ciddi təhlükə yaratmaqdadır.

İlyas Hüseynov onu da əlavə edib ki, regiondakı reallıqları qəbul etməyənlərin ayağı birdəfəlik olaraq Cənubi Qafqazdan kəsiləcək. Buna görə də populist addımlar atan Ermənistan hakimiyyəti və ona arxa-dayaq olan Qərb ağlını başına toplamalı və yaxşıca düşünməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Pomidor ucuzlaşıb VİDEO
19:34 • 1 Oktyabr 2024