Xəzər Xəbər

Azərbaycana pənah gətirənlər Fransadan ÜSYAN ETDİ VİDEO

Veb TV | 21:00 • 19 Oktyabr 2023
Azərbaycana pənah gətirənlər Fransadan ÜSYAN ETDİ

"Fransa insan hüquqlarından danışır, özünü demokratik və təmiz ölkə adlandırır, lakin onlarla xalqa qarşı müstəmləkəçilik siyasəti yürüdür"

Xezerxeber.az xəbər verir ki, bu fikirləri Martinika adasının və Qvadelupa regionunun nümayəndələri jurnalistlərə açıqlamasında bildirib. Onlar milyonlarla insanın Fransa tərəfindən soyqırıma məruz qaldığını, öz dilində danışmaqdan məhrum olduğunu və öz tarixini bilmədiyini bildiriblər.

Fransanın "dəniz departamenti"nə daxil olan ərazilərin nümayəndələri bu məsələdə beynəlxalq ictimaiyyətin Fransaya təzyiq etmədiyini və neokolonizmə qarşı mübarizədə tək qaldıqlarını qeyd edirlər.

Konfrans iştirakçıları Azərbaycana səslərini dünyaya çatdırmaq üçün şərait yaratdığına görə təşəkkür etdilər və dünyanı məhz rəsmi Bakıdan örnək almağa çağırdılar.

Qeyd edək ki, sabah keçiriləcək "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfransda 14 ölkədən, eləcə də Fransanın dənizaşırı əraziləri və Korsikadan olan nümayəndələr iştirak edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar