Xəzər Xəbər

“Muğan Bank”ın əmanətçilərinin PULLARI GERİ QAYTARILACAQMI? VİDEO

Veb TV | 20:20 • 19 Oktyabr 2023
“Muğan Bank”ın əmanətçilərinin PULLARI GERİ QAYTARILACAQMI?

Xəbər verdiyimiz kimi, "Muğanbank" fəaliyyətini dayandırıb.

Mərkəzi Bank "Muğanbank" ASC-nin lisenziyasını ləğv edib. Banka müvəqqəti inzibatçı təyin olunub. Həmçinin, bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət edilib.

Buna səbəb "Muğanbank"ın məcmu kapitalının banklar üçün müəyyən edilmiş minimum miqdardan az olması, fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirməməsi, bankdaxili idarəetmə və nəzarət prosedurlarının adekvat olmamasıdır.

Müflis elan edilən bankın internet səhifəsi də artıq aktiv deyil.

Mərkəzi Bankdan bildirilib ki, "Muğanbank" ASC Əmanətlərin Sığortalanması Fonduna üzvdür. Əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyaları Fond qanunvericiliyə müvafiq qaydada ödəyəcək.

Bankın digər öhdəliklərini isə məhkəmənin təyin edəcəyi ləğvedici tənzimləyəcək. Bankın fonda təqdim olunmuş hesabatlarına əsasən bu ilin III rübünün sonuna sığortalanmış əmanətlər 216,7 milyon manat təşkil edir.

Əmanətçilərin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar